Ukrayna millətçilərindən Azərbaycan dilində dəstək - FOTO
Kateqoriya məlum deyil
Ukrayna Milli Assambleyası Azərbaycanın ərazi bütövlüyünü və onun bərpası üzrə Azərbaycan ordusunun hərəkətlərini dəstəkləyir.
Sfera.az publika.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Assambleyasının (UNA-UNSO) lideri Konstantin Vinnitsa deyib.
"Azərbaycana təşəkkür etmək istəyirik ki, o, öz hərəkətləri ilə sülhün təcavüzkar üzərində qələbədən sonra mümkün ola biləcəyini göstərdi", - o deyib.
Konstantin Vinnitsa Ermənistanı Rusiyanın vassalı adlandırıb. UNA-UNSO lideri bildirib ki, BMT-nin Baş Assambleyasında "Ukraynanın ərazi bütövlüyü haqqında 68/262 saylı qətnamə"nin səsvermə zamanı İrəvanın Krımın zəbtinə görə Rusiyanın qınanmasına qarşı çıxması buna parlaq sübutdur.
UNA-UNSO rəsmi saytında Azərbaycanla həmrəyliyini Ukrayna dilindən əlavə, Azərbaycan dilində də bir cümlə ilə ifadə edib.






