Logo

Obama Ərdoğanla görüşdü

Obama Ərdoğanla görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Məlumata görə, görüşdə təhlükəsizlik məsələləri, habelə, terrorçuluq və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.    
 
Barak Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terrorçuluqla ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini təsdiqləyib.
 
İki ölkə lideri həmçinin İŞİD-lə mübarizə məsələlərini də müzakirə ediblər.     
 
Qeyd edək ki, sammit ərəfəsində mətbuatda Obama-Ərdoğan görüşünün baş tutmayacağı barədə məlumatın yayılması intriqaya səbəb olub. Müşahidəçilər bunun ABŞ-Türkiyə münasibətlərinin soyuması ilə əlaqələndiriblər. Lakin ABŞ administrasiyası sonradan prezidentlər arasında görüşün baş tuta biləcəyi barədə açıqlama verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR