Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüş vaxtı bilindi
Kateqoriya məlum deyil
Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri aprelin 7-də Bakıda görüşəcəklər.
Sfera.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsiMariya Zaxarova deyib.
Onun sözlərinə görə, görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılıb: "O cümlədən perspektivli nəqliyyat layihələrini və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub".






