Rusiya iqtisadiyyatına ikiqat zərbə: Neftin ardınca rubl da dəyər itirdi
Rus rublu ucuzlaşmaqda davam edir.
Sfera.azLenta.ru-ya istinadla xəbər verir ki, Moskva Birjasında bu gün keçirilən hərrac zamanı rublun bir gün əvvəl başlayan ucuzlaşması davam edib. 10:08-ə olan məlumata görə, dollar 77.43 rubl, avro isə 84.07 rubl dəyərində olub.
Rublun dəyərdən düşməsi neft qiymətlərinin enişi ilə paralel olaraq baş verir. Qeyd edək ki, neftin indiki qiyməti ötən əsrdəki minimal dəyəri ilə eynidir.
Belə ki, 1 barrel Brent neftinin qiyməti o dövrdəki kimi 16, 65, ABŞ WTI isə 10,57 dollardan satılır.
Bununla yanaşı, Rusiyanın fond birjasının əsas indeksləri olan Mosbirja Və RTS 1 faiz artımla müşahidə olunub, bu arada Mosbirja həftə əvvəlindəki səviyyəsinə dönüb.
Daha əvvəl VTB Bankın rəhbəri Andrey Kostin bildirmişdi ki, ilin sonuna qədər dolların qiyməti 80 rublı keçə bilməyəcək, bundan sonra isə Rusiya valyutasının qiyməti qalxmağa başlayacaq.
Selcan
Sfera.az






