Logo

BMT dünyada ərzaq böhranı təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ ETDİ

BMT dünyada ərzaq böhranı təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Ticarət Təşkilatının baş direktoru Robertu Azevedu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbəri Tsyuy Dunyuy və ÜST-ın rəhbəri Tedros Adanom Qebreisus birgə bəyanat verərək bildiriblər ki, koronavirus pandemiyası fonunda dünya ərzaq böhranı astanasındadır.

Sfera.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər hələlik yalnız idxal və dünya ixracı ilə bağlı problemlərin yaranma ehtimalını qiymətləndiriblər.

Bununla belə, onlar dövlət başçılarını hətta epidemiyaların fonunda belə sərbəst ticarət axınlarını qoruyub saxlamaq üçün əllərindən gələni etməyə çağırıblar.

Xatırladaq ki, daha əvvəl ÜST dünyada koronavirusa yoluxmuş insanların sayının bir milyona çatacağını bildirmişdi və artıq bu gözlənti özünü doğruldub.
Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR