Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib
Kateqoriya məlum deyil
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dominikan Respublikasının prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab prezident,
Dominikan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".






