Logo

Siqaret ucuzlaşacaq

Siqaret ucuzlaşacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ölkədə az satılan siqaretlərin qiyməti aşağı düşəcək.
Sfera.az bildirir ki, bunu azvision.az-a "European Tobacco Baku" ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri, millət vəkili Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: "Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var. Əgər tələb-təklif qanunu pozulursa, deməli, o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək".

R.Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: "Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR