Logo

“BU, İNGİLİS RİYAKARLIĞIDIR” – Böyük Britaniya XİN-nin xəbərdarlığına sərt etiraz

“BU, İNGİLİS RİYAKARLIĞIDIR” – Böyük Britaniya XİN-nin xəbərdarlığına sərt etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Böyük Britaniya XİN-nin Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması, iaşə obyektlərinin yanında qarət hallarının mövcud olması barədə verdiyi xəbərdarlıq ingilis riyakarlığından başqa bir şey deyil”.

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı Qadir İbrahimli bildirib. Ekspert sual edir ki, bu çağırış niyə 1-ci Avropa Oyunları və ya Farmula-1 yarışları zamanı edilmirdi: "Məgər sözügedən yarışlarda Böyük Britaniya vətəndaşları iştirak etmirdi? Təbii ki, edirdi... Məsələ burasındadır ki, Avrpa Oyunları və Formula yarışlarında Bakı xərcləyirdi, Avropa Liqasının finalında isə ingilislər xərcləyəcək.

Avropa liqasının final oyunu bəlkə də yeganə idman turnuridir ki, Bakı bundan böyük pullar əldə edəcək. İngilis riyakarlığının mənbəyini burada axtarmaq lazımdır. Deyirlər, otellər, uçuşlar bahadır. Az qalıb ki, desinlər: ingilisləri pulsuz Bakıya daşıyıb, pulsuz otellərə yerləşdirin, hələ final tamaşası da pulsuz olsun. Bir az da xərcləyin də!”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR