Gömrük rəisi milyonlarla pulu xaricə daşıyıb?
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsən oğlu Həsənovun Çexiyaya böyük miqdarda vəsait çıxarması haqda məlumatlar yayılıb.
Sfera.az xatırladır ki, bu haqda məlumatı son vaxtlar qalmaqallı araşdırmaların müəllifi olan jurnalist Cavanşir Həsənli özünün facebook hesabında yazıb.
Sözügedən məqalədə olduqca ciddi ittihamlar və korrupsiya faktları yer alıb. Odur ki, biz sfera.az olaraq mövzuyla bağlı ciddi jurnalist araşdırması aparmaq və faktların səhihliyinə əmin olmaq istərdik. Əməkdaşlarımızın bu yöndəki araşdırmalarının məntiqi nəticəsi olacaq daha geniş məqaləni isə yaxın günlərdə diqqətinizə çatdıracağıq.
Həmin məqalədə tanınmış jurnalistin ittihamları ilə yanaşı Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsən oğlu Həsənovun da mövqeyini dərc etməyə çalışacağıq.
Saytımızı izləməkdə davam edin.






