Əli Kərimli Saatlıdan niyə qovulub? - Şok Faktlar
Əli Kərimli hər zaman xalqın dəstəyini alacağını bildirir. Lakin onların keçirtdikləri mirinqlərə cəmi 2-3 min insan qatılır. AXCP sədri bu dəfə doğulduğu rayona səfər edərək, Saatlı camaatı ilə görüşmək istəyib. Əli Kərimli əmisi qızının yas mərasimində yerli əhali ilə görüşmək istəsə də onun bu istəyi reallaşmayıb. Əli Kərimlinin yas mərasimində olduğunu görən yerli sakinlər etiraz olaraq məclisi tərk ediblər. Bu Əli Kərimliyə verilən qiymətdir. Öz doğulduğu rayonda belə qəbul edilməyən Əli Kərimlinin böyük iddiaları puç olur. Bunun bir neçə səbəbi var. Artıq uzun illərdir xaricdən aldığı pullarla saxta müxalifətçilik edən Əli Kərimli öz elektrotanı itirib. Səbəb aydındır. Bu gün ölkə başçısının apardığı sosial islahatları şübhə altına almaq istəyən Əli Kərimlini öz sevdikləri belə qəbul etmək istəmir. İnsan doğma kəndində hörmət sahibi deyil, ölkə ona necə hörmət eləsin.
Bu yaxınlarda kulis arxası söhbətlərdən kifayət qədər məlumatlı olan Siyavuş Novruzov müsahibəsində Əli Kərimlinin bir zamanlar deputat mandatı üçün hakimiyyətlə razılığa gəlməsi barədə faktları açmışdı.
Siyavuş Novruzov qədər məlumatlı digər mənbədən daxil olmuş məlumata görə Əli Kərimli artıq hakimiyyətlə 2020-ci ilin parlament seçkiləri ilə bağlı mandat alverinə girişib. Müəyyən razılıqların əldə olunduğu da deyilir. Belə ki, Əli Kərimli hakimiyyətlə müzakirələrində qayını Elnur Seyidovun tezliklə azadlığa buraxılmasına razılıq əldə edib.
Mənbəmiz iddia edir ki, Saatlıda təbliğat parmaq istəyən Əli Kərimli öz yerliləri tərəfindən rayondan qovulub. Yerli sakinlər mənasız təbliğatdan bezdiklərini, Əli Kərimlinin isə provakator olduğunu bildiriblər.






