Logo

Bioloqlar yeni balıq növü aşkarlayıb

Bioloqlar yeni balıq növü aşkarlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dəniz bioloqları Amazoniyada naqqa balığının yeni növünü aşkar ediblər.
Bu barədə "Moya Planeta" məlumat yayıb.

Bildirilir ki, yeni aşkarlanmış balıqlar "Ancistrus patronus" adlandırılıb. Tədqiqatın müəllifi bildirib ki, aşkarlanan yeni su heyvanları balıqlar arasında əsl "döyüşçülər"dir. "Onların başındakı buynuzlar yalnız praktik funksiyanı yerinə yetirmir, o, həm də dekorativdir: - onlar dişilərə öz nəsillərini qorumaq gücünü göstərir", - deyə o bildirib.

Bildirilir ki, balıqların başı buynuzlarla örtülüb, bədəni yüngül zireh müdafiə edir və üzgəclər caynaqlara oxşayır.

Naqqaların bu növü Venesuela, Kolumbiya və Qviana ərazisində yaşayır. Onlar təmiz çaylara və sərin, kiçik körfəzlərə üstünlük verirlər.

Daha əvvəl Çinin mərkəzi Hubey əyalətinin Szinçjou yaşayış məntəqəsində körpünün tikintisi yaxınlıqdakı balıq təsərrüfatında təxminən 6 min nərə balığının ölümü ilə əlaqədar dayandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR