Logo

Azərbaycan və Ermənistan XİN başçıları Münhendə görüşə bilər

Azərbaycan və Ermənistan XİN başçıları Münhendə görüşə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Müddət və digər məsələləri razılaşdırmaq lazımdır"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla fevral ayında Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər.

Bu barədə "RİA Novosti" Ermənistan xarici işlər naziri  Zöhrab Mnatsakanyana istinadən bildirib.

"Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik", - deyə Z.Mnatsakanyan jurnalistlərin Münhen Təhlükəsizlik Konfransı zamanı Qarabağ münaqişəsi ilə bağlı görüşünün mümkünlüyü barədə sualına cavab olaraq bildirib.

Eyni zamanda o, Münhen konfransında iştirak etməyi planlaşdırdığını söyləyib.

"İrəliyə doğru addım atdığımız aydın məsələdir, müddət və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk", - Z.Mnatsaknayan əlavə edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan XİN başçılarının yanvarın 16-da Parisdə keçirilmiş görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunduğu bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR