Logo

Mitinqin təşkilatçıları qanunu pozdular

Mitinqin təşkilatçıları qanunu pozdular
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanvarın 19-da müxalifətin Məhsul stadionunda keçirdiyi mitinqindən sonra aksiyanın təşkilatçıları prosesi idarə edə bilməmiş və ya etmək istəməmiş, nəticədə həmin ərazidə asayişin təmin edilməsi, nəqliyatın hərəkətində ciddi problemlər yaranmışdır. Həmçinin, ətrafda yaşayan vətəndaşların sakitliyi pozulmuş, onların hərəkətinə maneçilik törədilmişdir. Mitinq iştirakçıları aksiya bitdikdən sonra da qrup şəklində, müxtəlif şüarlar səsləndirərək yolun nəqliyyat vasitələrinin hərəkət etdiyi hissəsi ilə irəliləmiş, bu hal metro stansiyasının daxilində də müşahidə olunmuş, onlar həmin ərazidə olan və tədbirə qoşulmayan vətəndaşları da öz sıralarına qatmağa cəhd göstərmiş, bəzi hallarda bu zəmində qarşıdurma da yaranmışdır. Mitinq təşkilatçılarının qanunun tələblərinə laqeyd münasibəti nəticəsində yaranmış xoşagəlməz hal həmin ərazidə aşayan sakinlərin və müxtəlif səbəblərdən İnşaatçılar metrostansiyasının ətrafında olan adi vətəndaşların ciddi narazılığına səbəb olmuşdur. Güman ki, mitinqin təşkilatçıları aksiya iştirakçılarının özlərini belə kobud aparması və ictimai asayişin pozulmasına qəsdən şərait yaratmış, bununla akisyanın kortəbii xarakter alması, daha çox insanın bu prosesə qoşulmasını təmin etməyi planlamışlar. Hazırda aidiyyəti dövlət orqanları hadisənin baş vermə səbəblərini araşdırır və belə halların bir daha təkrarlanmaması üçün həyata keçiriləcək tədbirləri müəyyənləşdirirlər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR