Logo

Xarici amil çörəyi bahalaşdırıb-ekspert

Xarici amil çörəyi bahalaşdırıb- ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Çörəyin və undan hazırlanan şirniyyat məhsullarının qiymətinin qalxmasında başlıca səbəb qonşu ölkələrdən gətirilən buğda və unun qiymətində artımın baş verməsilə bağlıdır”

Sfera.az-a açıqlamasında bu sözləri son günlər Azərbaycanda un və çörəyin qiymətinin müəyyən qədər bahalaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Yerli istehsal isə keyfiyyəti tam ödəmədiyindən onun hesabına tələbatı ödəmək də mümkün deyil. Ölkəmizdə buğda istehsalı həm həcm olaraq tələbatı tam ödəmir, həm də keyfiyyət olaraq çox aşağı göstəricilərə malikdir. Ona görə də məcburən Rusiya, Qazaxıstan və Ukraynadan daha keyfiyyətli buğda alıb, onu yerli məhsula qatırlar ki, ümumilikdə keyfiyyət yüksəlsin və həmin undan normal çərək və şirniyyat məmulatları almaq mümkün olsun. Bu səbəbdən də xaricdən un almağa məcburuq. Ölkəyə il ərzində təxminən 200 milyon dollarlıq xaricdən taxıl gətirlir və onu da yerli taxıla qatmaqla keyfiyyətini yüksəltməyə çalışırlar. Hazırda Ukrayna, Rusiya və Qazaxıstanda taxılın qiymətində 5-10 faizlik bahalaşma müşahidə edilir. Bu hal unun da qiymətinə təsir göstərir, həmin ölkələrdə un da bahalaşıb. Nəticədə xaricdən gətirilən un və taxılın qiymətinin bahalaşması artıq öz təsirini Azərbaycana da göstərib. Ona görə də çörək və şirniyyat məhsullarının qiymətində müəyyən artımlar baş verir. Düzdür, hələlik bu artımlar özünü kəskin şəkildə göstərmir. Amma bir müddət də belə davam etsə, çörək, un məmulatları və şirniyyatın qiymətində bahalaşma özünü daha nəzərəçarpacaq dərəcədə göstərəcək. Son olaraq da həmin proses insanları daha çox narahat etməyə başlayacaq. Çünki çörəyin qiyməti məsələsi ölkəmizdə həm də sosial və əhalini daha çox narahat edən bir məsələdir.  Anoloji proses özünü şirniyyat məsələsidə də göstərir”.

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycanda un və çörəyin qiymətində müəyyən artımlar baş verib. Anoloji tendensiya özünü şirniyyat məhsullarının qiymətində də göstərir. Bahalaşma hələlik 5-10 faiz civarındadır.

ELÇİN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR