Ermənilər saxtalaşdırmalarla dolu “Qarabağın sirri” kitabını yenidən nəşr etdirdi - FOTO
Ermənilərin Azərbaycanın Qarabağ ərazilərində guya "qədimlərdən yaşadığı”nı "sübut edən”, ilk dəfə 1886-cı ildə çap edilmiş "Qarabağın sirri” adlı kitabı yenidən nəşr etdirilib.
Bu barədə işğal altındakı Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin sabiq "dövlət naziri” Araik Arutyunyan özünün "Facebook” səhifəsində paylaşma edib. O bildirib ki, saxtakar erməni tarixçisi Apres Beknazaryanın XIX əsrin sonunda Sankt-Peterburqda nəşr edilmiş üzdəniraq əsərini yenidən oxuyub dostlarla müzakirə etdikdən sonra həmin saxta kitabı yenidən çap etdirmək qərarına gəlib.
Kitabda orta əsrlərdən bəri Qarabağda erməniləşmiş alban məliklərinin erməni kilsəsi, Rusiya imperiyası, eləcə də fars hökmdarları ilə gizli əlaqə və münasibətlərini əks etdirən arxiv sənədləri, Qarabağın, o cümlədən Şuşanın "qədimdən ermənilərə məxsus olması” haqda saxta faktlar yer alır.
Kitabın yanvar ayı ərzində təqdimatının keçirilməsi nəzərdə tutulur.
P.S. Şübhəsiz ki, sözügedən erməni kitabı rus, ingilis, fransız və s. dillərə də çap olunaraq təkrar dünyaya yayılacaq. Bu saxtalaşdırmalarla dolu düşmən əsərini bir daha dəqiqliklə tədqiq edərək ona yenidən tutarlı cavablar hazırlayıb nəşr etdirmək Azərbaycan dövlətinin müvafiq qurumlarının, o cümlədən AMEA-nın, tarixçilərin borcudur...Moderator.az






