“Al Jazeera”dən Azərbaycana hörmətsizlik: Qarabağı erməni torpağı kimi təqdim etdi
Kateqoriya məlum deyil
Mərkəzi ofisi Qətərdə olan "Al Jazeera” televiziyası Azərbaycana qanunlarını pozaraq, qanunsuz işğal olunmuş Qarabağdan reportaj hazırlayıb.
Sfera.az xəbər verir ki, telekanal əməkdaşları qondarma rejimin rəhbərliyindən, həmçinin işğal olunmuş Qarabağda yerləşdirilən əsgərlərdən müsahibə alıb.
Reportajda erməni döyüşçü Monte Melkonyanı azərbaycanlılar tərəfindən öldürüldüyü qeyd edilib. Həmçinin gənclərin Azərbaycanla savaşa hazırlandığını yazıb. "Al Jazeera” yazıda Qarabağı erməni torpağı kimi təqdim edib.









