Logo

Mərhum Qarabağ qazisinin ailəsinin işığının kəsilməsinə Bayram Səfərovdan MÜNASİBƏT

Mərhum Qarabağ qazisinin ailəsinin işığının kəsilməsinə Bayram Səfərovdan MÜNASİBƏT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov  "Azərişıq” ASC-nin Ağdaş İdarəsinin əməkdaşı tərəfindən rayonun Qumlaq kəndində mərhum Qarabağ qazisi Fəzail Cəbrayılovun ailəsinin işığının 14 manat borca görə kəsilməsi hadisəsinə münasibət bildirib.

Bayram Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, kommunal haqqlarının ödənilməsi hər bir vətəndaşın borcudur:

"Yaxşı, bütün ölkə elektrik enerjisindən istifadə edib ancaq onun haqqını ödəməsin. Su içilsin, amma haqqı ödənilməsin. Bəs belə olarmı? O insanlara dövlət tərəfindən güzəştlər olunur. Hamı qanuna hörmət etməyə borcludur. İndi elektrik enerjisinin kəsilməsinə görə küçəyə çıxıb yürüş etmək doğru deyil. Azərbaycan demokratik və sabit ölkədir. Ölkəmizdə böyük işlər görülür, qonaqlar gəlir. İctimai asayişi pozmaq olmaz. Axı bunu etməklə biz kimə özümüzü göstəririk? Mən hamıya hörmətlə yanaşıram. Qarabağ qazilərinə də böyük hörmətim var. Ümumiyyətlə, bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ancaq hər hansı bir vətəndaşın hərəkəti üzündən dövlətə qarşı etiraz etmək, yol kəsmək və digər bu cür hərəkətlər etməyə yaxşı baxmıram. Bu cür hərəkətlər ictimai asayişi pozmaqdır. Kiminsə hər hansı narazılığı varsa, o zaman hamı yürüş keçirtməlidir? Bu, xalqımıza və dövlətimizə yaraşan hərəkətlər deyil. Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə güzəşt olunası insanlara kifayət qədər dövlət dəstəyi verilir, möhtərəm prezidentimiz onlara istənilən qədər güzəşt edir. İndi ola bilər ki, burada "Azərişıq” ASC-nin işçisi hər hansı narazılıq yaradıb. Ancaq bunu sivil yolla həll etmək daha məqsədəuyğundur. Biz həm ölkəmizin daxilində, həm də xaricində əmin-amanlığı dəstəkləməliyik".

İcma rəhbəri məcburi köçkünlərə edilən güzəştlərdən məmur olduğu üçün yararlanmadığını söyləyib:

"Mən bu güzəştlərdən ona görə yararlanmıram ki, dövlət məmurları bundan məhrumdur”.

Orxan Bəşirov

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR