Logo

8 maydan etibarən Ermənistanı nə gözləyir? - ŞƏRH

8 maydan etibarən Ermənistanı nə gözləyir? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

8 mayda Ermənistan parlamentində baş nazir seçiləcək. Həmin tarixdən sonra nə baş verəcək və bu ölkəni nə gözləyir?

Sfera.az Qərb mətbuatında yazılanlara istinadən buna aydınlıq gətirməyə çalışacaq.

8 maydakı seçkilərlə bağlı 3 variant var. İlk variant odur ki, Paşinyan hansısa yolla çatışmayan səsləri əldə edəcək. İkinci variant - əsas rəqibi olan Respublikaçılarla hansısa sövdələşməyə gedib ümumi razılığa gələcək və səsləri alacaq. Üçüncü variant - səsvermə baş tutmur, parlament buraxılır.

Hər halda Paşinyanın seçilmə ehtimalı daha çoxdur.

Bəs etirazçıların lideri hansı proqramla çıxış edir?

Əslində heç bir proqramı yoxdur. Düz də edir. İstənilən proqram eloktratın bir hissəsinin itirilməsinə səbəb ola bilər.

Rusiyanı tərfləsə, antirusiyaçı qüvvələr üz döndərəcək, yox üz döndərsə, putinçilər sıraları tərk edəcək. Liberal dəyərlər desə, solçular inciyəcək. Ona görə Paşinyan ümumi hədəfləri seçib. Məsələn, korrupsiyaya qarşı mübarizə. Hamı korrupsiyaya qarşıdır - sağçı da, solçu da. Monopoliyaya qarşı mübarizə, təbii ehtiyatların bərabər bölünməsi və sair. Bunları hansı vətəndaş istəmir ki...

Küçələrə çıxanların hamısı az vaxta dəyişiklik gözləyir və xoşbəxt olacaqlarını düşünür. Ancaq Ermənistan İsveçrə ola bilməyəcək.

Ermənilərin məyus olacağı qaçılmazdır. Əvvala Paşinyan ömrü boyu jurnalistikadan və küçə mitinqlərindən başqa professional siyasətlə məşğul olmayıb. İstedadı var, gözəl natiqdir, kütləni idarə edə bilir və s. Ancaq real olaraq idarəçilik stajı yoxdur.

Monopolistlərlə, Qarabağ klanı ilə mübarzə çətin olacaq. Hamı elə bilir ki, Ermənistanda demokratik dəyişiklik olan kimi xarici investorlar bura pul yatıracaq. Halbuki əcnəbilərdə elə bir maraq yoxdur.

Bəs, Rusiya olanlara necə baxır?  Hələlik, Moskva soyuqqanlıdır. Bilir ki, Paşinyanlı yaxud Paşinyansız Ermənistan heç yana gedən deyil.

Rusiyasız Ermənistan az müddətdə Azərbaycanın yeminə çevrilər. Sadəcə hərdən Moskva bunu ara-sıra aparıcı KİV-lərdə, tanınmış politoloqların dili ilə ermənilərə xatırladır.

Sfera.az-ın analitik qrupu

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR