Logo

“Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın!” – Araz Əlizadə deputatları sual qarşısında qoydu

“Kim 52 manatla dolana bilərsə, əlini qaldırsın!” – Araz Əlizadə deputatları sual qarşısında qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu qanun əlillərin həyatını yaxşılaşdırmayacaq. Çünki əlillərə çox az müavinət verilir. Bu müavinət onların problemlərini həll etməyə imkan vermir”.

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Araz Əlizadə  "Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi”nə münasibət bildirərkən deyib.

Araz Əlizadə bunu əlillərə verilən təqaüdün minimum istehlak səbətindən az olması ilə əsaslandırıb:

"Minimal tələbat zənbili 175 manat qəbul edilib. Bu o deməkdir ki, ondan aşağı pensiya, əmək haqqı ola bilməz. Bu halda əlil 50 manat təqaüdlə  necə dolana bilər? Burada deputata həmkarlarıma təklif edirəm, kim 52 manatla dolana bilərsə, əlini qaldırsın? Heç kim. Ona görə də qanun qəbul edərkən onların problemlərinin həllini nəzərə almalıyıq”.

Orxan Bəşirov

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR