Logo

"Yol polisinin funksiyaları azaldılsın" - Deputatdan TƏKLİF

"Yol polisinin funksiyaları azaldılsın" - Deputatdan TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanda yol polisi əməkdaşlarının nəzarət funksiyası dəyişdirilməlidir".

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.

M.Quliyev deyib ki, artıq Bakıda Nəqliyyatın İntelektual İdarəetmə Sistemi mövcuddur:

"Bakı və şəhərlərası yollarda qayda pozuntularını aşkar edən veb-kameralar və radarlar quraşdırılıb. Hər hansı sürücü qayda pozursa, həmin avtomobilin nömrəsi radar və ya müşahidə kameralarına düşür, qeyd olunur. Bütün bunlar varsa, yol polisinin qayda pozan avtomobil sürücüsünün arxasınca gəlib, təqib etməsinə və cərimə yazmasına ehtiyac yoxdur. Bu gün dünyada yol polisləri əvəzinə veb-kameralar və radarlardan geniş istifadə edilir. Yol polisi isə yalnız yollarda tənzimləyici funksiyasını həyata keçirtməlidir, yaranan tıxacların və baş verən qəza hadisələrinin aradan qaldırılmasına çalışmalıdır".

Deputat təklif edib ki, Azərbaycanda yol polisinin nəzarət və yoxlayıcı funksiyaları artıq arxa plana keçirilməlidir:

"Artıq bununla bağlı müvafiq addımlar atılmalıdır. Yəni, yol polisi üçün yalnız tənzimləyici funksiyalar saxlanılmalıdır. Bu addım atılarsa, yol polislərinin də işi yüngülləşər".

Musa Quliyev yol polislərinin sürücülərə qarşı qanunsuz əməlləri ilə bağlı vətəndaşlara da müraciət edib:

"İlk növbədə sürücülərimiz qanunları yaxşı bilməli və ona əməl etməlidir. Bu gün hər kəs mobil telefondan istifadə edir. Hesab edirəm ki, yol polis əməkdaşları sürücüləri qanunsuz şəkildə saxlayan zaman vətəndaşlarımızın polisin danışıqlarını telefonla qeydə alıb ictimailəşdirmək və bunu müvafiq qurumların rəhbərlərinə çatdırmaq imkanları var. Yəni, sürücülərimiz nə qədər öz hüquqlarını bilib özlərini müdafiə edə bilərlərsə, qanunları pozan məmurlar da bir o qədər cəzasız qalacaqlarına arxayın olmazlar. Baş verən nöqsanlarla bağlı ölkə rəhbərinə və müvafiq qurumların rəhbərlərinə məlumat çatan kimi günahkarlar cəzalandırılır".

Orxan Bəşirov

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR