Paşinyan itaətsizliyə çağırdı :“Bütün yolları bağlayacağıq”
Kateqoriya məlum deyil
Ermənistan parlamenti bu gün keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.
Sfera.az xəbər verir ki, təkrar səsvermə bir həftə sonra olacaq. Bu haqda "Panorama.am” yazıb.
Əgər yenə baş nazir seçilməzsə parlament buraxılacaq.
Baş nazir postuna yeganə namizəd, "Yelk” fraksiyasının lideri Nikol Paşinyan nəticədən məyusdur. O bütün tərəfdarlarını ölkənin nəqliyyat strukturlarını total blok etməyə çağırıb.
Səhər tezdən bütün yollar, o cümlədən aeroporta gedən yollar ,metro çıxışları bağlanacaq. Paşinyan dövlət qulluqçularını da tətilə çağırıb.





