Logo

Azərbaycanda yeni Agentlik yaradıldı

Azərbaycanda yeni Agentlik yaradıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Sfera.az məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR