“Ya mən baş nazir olacam, ya da ..” – PAŞİNYAN HƏDƏLƏDİ
Kateqoriya məlum deyil
Dünən Ermənistanda keçirilən mitinqdə "Yelk” partiyasını parlament fraksiyasının lideri Nikol Paşinyan vacib bəyanat verib.
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, etirazçıların lideri kompromisə getməyəcəyini deyib:
"Məni bu meydan, siz baş nazir postuna namizəd seçdiz. Hesab edirəm ki, parlamentdəki bütün fraksiyalar buna hörmətlə yanaşmalıdır.
Problem mənim baş nazir seçilib-seçilməməyimdə deyil, Ermənistandakı korrpsiyalaşmış sistemin ləğv edilməsindədir.
Mənə çox mesajlar gəlir. Xalqdan gizlin heç bir sövdələşmə olmayacaq. Ya sizin dəstəyinizlə baş nazir seçiləcəm, ya da bu vəzifədə Ermənistanda heç kim olmayacaq".





