Logo

“İlham Əliyevin Ankara səfəri Türkiyədə böyük coşqu ilə qarşılanıb” — Ərdoğanın baş sözçüsü

“İlham Əliyevin Ankara səfəri Türkiyədə böyük coşqu ilə qarşılanıb” — Ərdoğanın baş sözçüsü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini Ankaraya etməsi Türkiyə cəmiyyətini məmnun edib”.

Bu fikirləri "Ölkə.Az”a açıqlamasında Türkiyə prezidentinin baş sözçüsü, Türkiyə Baş Nazirliyinin Mətbuat və İnformasiya Baş İdarəsinin müdiri Mehmet Akarca bildirib.

M.Akarca deyib ki, İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq prezident seçilməsi Türkiyədə də böyük rəğbətlə qarşılanıb:

"Son illər seçkilərdən sonra Türkiyə və Azərbaycan prezidentlərinin ilk səfərlərini Bakı və ya Ankaraya etməsi bir ənənə halını alıb. Sağ olsun ki, bu dəfə də cənab İlham Əliyev seçkilərdən sonra ilk səfərini Türkiyəyə etdi. Azərbaycan prezidentinin Ankaraya səfəri Türkiyədə böyük coşqu ilə qarşılanıb. Bu, iki qardaş xalqın və dövlətin arasında olan yüksək münasibətlərin bir daha təsdiqidir. Hər kəsin cənab İlham Əliyevin çıxışlarını böyük maraqla izlədiyinə şahid olduq. Azərbaycan prezidentinin Türkiyə səfərinə qəzet və televiziyalar böyük yer ayırıb. Bütün bunlar Azərbaycan və Türkiyə arasında mövcud olan qarşılıqlı sevginin nümayişidir. Allahın köməyilə bu iki xalq bir-birinə qardaş olmağı davam edəcək. Bir millət, iki dövlət prinsipi sona qədar var olacaq”.

M.Akarca qeyd edib ki, 15 iyul 2016-cı ildə törədilən Türkiyədə dövlət çevrilişinə cəhd hadisələrilə bağlı silsilə tədbirlər keçiriləcək.

Onun sözlərinə görə, tədbirə dəvət edilən ölkələr arasında Azərbaycan nümayəndələrinə geniş yer ayrılacaq:

"2016-cı ilin 15 iyul hadisələri Türkiyə millətinin böyük zəfəridir. Bu hadisənin ildönümü hər il qeyd olunacaq. Təbii ki, keçirilən tədbirlərə xarici ölkə nümayəndələri və jurnalistləri də dəvət olunur. Onların arasında Azərbaycandan gələn nümayəndələrin xüsusi yeri var”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR