Logo

Serj Sarkisyan partiyadan da getdi

Serj Sarkisyan partiyadan da getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyan hakim Respublikaçılar Partiyasının sədri vəzifəsindən də imtina etmək qərarına gəlib.

Sfera.az bildirir ki, bu, dünən gecə saatlarında Sarkisyanla baş nazirin vəzifələrini icra edən Karen Karapetyanın və fraksiyanın digər deputatlarının görüşündən sonra məlum olub.

"Ermənistan Respublikaçılar Partiyasının (ERP) yeni sədrinin seçimləri ilə bağlı müzakirələrin başlanması barədə razılıq əldə olunub”, - görüşün yekunlarına dair bəyanatda bildirilir.

Qeyd olunur ki, Serj Sarkisyan görüş iştirakçılarına istefasının səbəblərini açıqlayıb, ERP-nin parlament fraksiyasının ölkədə sülh və sabitliyin qorunması naminə mümkün iş ssenarisini təqdim edib.

"Görüşün ikinci yarısında baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla razılıq əldə edilib ki, ERP tərəflərlə öncədən şərt irəli sürmədən danışıqlara hazırdır”, - partiyadan bildirilib.(virtualaz.org)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR