Logo

Rus ekspert Paşinyanı Elçibəyə bənzətdi – BAKI MƏĞLUBİYYƏTİN ƏVƏZİNİ ÇIXA BİLƏR

Rus ekspert Paşinyanı Elçibəyə bənzətdi – BAKI MƏĞLUBİYYƏTİN ƏVƏZİNİ ÇIXA BİLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanda hakimiyyət Maydanda qışqırıqlarla formalaşacaqsa, demək Yerevanda beynəlxalq aləmin tanıdığı hökumət yoxdur. Ermənistanı əhatə edən dövlətlərin  Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək kimi mükəlləfiyyəti də olmayacaq.”

Sfera.azxəbər verir ki, "Vzqlyad” qəzetinə müsahibəsində Sosial Tədqiqatlar Ekspert İnstitutunun ekspertlər şurasının rəhbəri Qleb Kuznetsov deyib.

Ekspert Ermənistanda baş verən son hadisələrə toxunaraq qəzetin suallarını cavablandırıb.

Ən maraqlı cavabları ixtisarla təqdim edirik.

Kuznetsov deyib ki, Paşinyanın planları haqda 2 mülahizə var:

"Birinci variant- Paşinyan sadəcə "bazarlıq edir”. İkinci varant- o Mixail Saakaşvilinin yaxud Ukrayna Maydanının liderlərinin yolunu getmək istəyir.

Məncə ikinci variant həqiqətə daha yaxındır. Bu adam fanatikdi. Ömrü boyu yaxşı gələcək uğrunda mübarizə aparıb, başqa iş görməyib. Çoxları kimi ona yumorla yanaşmaqdan uzağam. Əksinə, o təhlükəlidir. Necə deyərlər inqilabın əvvəli var, sonu yox. Təhlükəli situasiya yaranıb, insanlar qıcaqlanıb, hakimiyyət institutlarının isə zəif olduğunu hamı gördü. Bu Ermənistan üçün neqativ nəticələr verə bilər”.

Ekspert əlavə edib ki, bu halda Türkiyə və Azərbaycanın Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək kimi mükəlləfiyyəti olmayacaq:

"Bakıda İlham Əliyevin səsləndirdiyi fikir mövcuddur ki, Yerevan "əzəli Azərbaycan şəhəridir”. Başqa sözlə, söhbət yalnız Qarabağdan getmir.

Bir paytaxta iki hakimiyyətin – biri meydanda, digəri parlamentdə - olduğu istənilən vəziyyətdə münaqişənin donu dərhal açılacaq. Çox qan axıdılacaq və bunun Ermənistan üçün necə bitəcəyi məlum deyil. Münaqişənin tarixinə nəzər salaq. Azərbaycan Qarabağda məhz Bakıda hakimiyyətinin çox zəif olduğu vaxtlarda qorxunc hərbi uğursuzluqlar yaşamışdı. O vaxt hakimiyyət elə bu cür dəli fanatikə - Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyə məxsus idi və o, dövləti nəzarəti altında saxlaya bilmirdi. İndi buna əks vəziyyət yarana bilər”.

İlqar

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR