Logo

Yeni təhsil naziri kim olacaq?

Yeni təhsil naziri kim olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident seçkilərindən sonra hökumət buraxıldı və və bu gün yeni təyinatlar oldu. Prezident baş naziri dəyişdi. Həmçinin, şəhər meri Hacıbala Abutalıbova daha yüksək vəzifə verildi. Belə ki, o, baş nazirin yeni müavini təyin edildi.

Daha sonra iki yeni nazir təyin edildi.

Prezidentin bütün bu yeni təyinatları cəmiyyətdə müsbət qarşılandı. Xüsusilə də, yeni baş nazir təyin edilməsi hər kəsin gözlədiyi bir addım idi.  4 aydandan çoxdur ki, boş qalan Təhsil Naziriyi kürsüsünə də təyinat gözlənilirdi. Ancaq bu kürsü yenə boş qaldı. Çünki Nazirlər Kabinetinin yeni tərkibində də təhsil naziri yoxdur.

Xatırladaq ki, ötən ilin dekabrın 5-də prezident İlham Əliyev  Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə o, vergilər naziri təyin olunub. Yeni kabinetdə də Mikayıl Cabbarovun adını həmin vəzifədə  gördük.

Görünür, yeni təhsil nazirinin kim olacağı ilə bağlı müzakirələr qarşıdakı günlərdə daha da geniş vüsət alacaq.

Nigar

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR