Logo

Dövlət Baxçalıdan TƏKLİF: "Növbədənkənar prezident və parlament seçkiləri keçirilsin"

Dövlət Baxçalıdan TƏKLİF: "Növbədənkənar prezident və parlament seçkiləri keçirilsin"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif olunub.

Sfera.az "NTV"yə istinadən bildirir ki, bu barədə təklifi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı irəli sürüb.

O, millət vəkillərinə səslənərək 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib.

Dövlət Baxçalı seçkilərin niyə məhz bu gündə keçirilməsini təklif etdiyini isə bu sözlərlə izah edib:

"Təklifimiz 26 avqust 2018-ci ildə, Malazgirt zəfərinin ildönümündə türk millətinin yeni bir zəfər ruhu ilə sandığa gedib, həm prezident, həm də parlament seçkilərində türk düşmənlərinə lazımi dərsi verməsidir".

Lalə Nəsirova

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR