"Parlament seçkiləri öz vaxtında keçiriləcək" - Komitə sədrindən AÇIQLAMA
Kateqoriya məlum deyil
"Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac yoxdur".
Bu sözləri Sfera.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.
Komitə sədri Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi üçün heç bir əsasın olmadığını söyləyib:
"Mən bu seçkilərə heç bir əsas görmürəm. Bu məsələnin ola biləcəyini söyləyən adamlar bilmirəm ki, nəyə istinad edirlər. Amma mən buna ehtiyac duymuram. Parlament seçkiləri öz vaxtında keçiriləcək".
Xatırladaq ki, yaxın vaxtlarda Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ gündəmə gəlib.
Orxan Bəşirov
Sfera.az






