Logo

Qərb mətbuatı: “Rusiya bir güllə atmadan qalib gəldi”

Qərb mətbuatı: “Rusiya bir güllə atmadan qalib gəldi”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qərb koalisiyasının Suriyaya gecə hücumunun nətcələri dünya mətbuatında müzakirə olunur.

Sfera.az bildirir ki, ictimai rəy heç də ABŞ və onun müttəfiqlərinin lehinə deyil.

Əksəriyyət Rusiyanın bir güllə atmadan bu situasiyadan qalib çıxdığını duşünür.

Gəlin baxaq niyə?

Tramp demişdi ki, hücum zamanı "ağıllı” və "yeni”  tip raketlərdən istifadə edəcək. Hücum sonrası məlum oldu ki, "qocalmış tomaqavk”larla endirilib zərbələr. Elə bu raketləri özləri kimi köhnəlmiş sovet  raketləri ilə vurub salıblar.

"Bi-bi-si”  qürrələnərək yazırdı ki, britaniyalılar  hərəsi 5 metr uzunluqda olan  8 "Skalp” raketi ilə zərbə endiriblər. Bunlar nisbətən yeni raketlərdir-20 il əvvəl istehsal olunub.

Fransızlar da deyir ki, 8 raket buraxıblar. Ancaq Rusiya  hərbçiləri rişxənd edir ki, fransız raketlərin nə göydə, nə yerdə görən olmayıb.

Yaxşı, bu raket zərbələri hansı nəticəni verdi:

1.Əhali arasında tələfat yoxdur.
2.Suriya ordusunun bir əskəri belə ölməyib.
3. Suriya ordusuna məxsus heç bir təyyarə və helikopter məhv edilməyib.
4.Rusiya HHQ olan zonalara bir raket belə atılmayıb.
5.Suriya aerodromlarına ziyan dəyməyib.
6.103 raketdən 71-i məhv edilib.
 

Tramp və Meyin gurultulu bəyanatlarına baxmayaraq heç nə əldə olunmayıb.

Nüfuzlu "Huffington Post” nəşri  yazır ki,  Tramp administrasiyası Əsəd rejimini cəzalandırmaq, Rusiya və İrana əzələ nümayiş etdirmək istəyirdi. Bu isə alınmadı.

Əsas hərbi obyektlər Rusiya HHQ-lərinin  müdafiəsi altındadır. Tramp onlara zərbə endirməyə qorxdu.

"Reuters” agentliyi də nəticələrin məyusedici olduğunu yazır:

"Əsəd 6 illik müharibədə faktiki olaraq qalib gəldi və dayanmaq niyətində deyil.”

Məqalə müəllifi qeyd edir ki, Moskva əvvəlcədən xəbərdarlıq etmişdi ki, rus hərbiçilərinə ziyan dəysə? bunun cavabı olacaq.

Görünən odur ki, bu iki dövlət Suriya ərazisində bir-biri ilə vuruşmaqda maraqlı deyillər. Hətta yeni silahlarını belə nümayiş etdirmirlər. Səhra üzərində ötən əsrin  soyuq müharibəsindən qalan silahlar atılır.

Nəticə- ABŞ Suriya sahillərinə böyük və qorxunc gəmilər göndərə bilər. Ancaq Rusiya minimal güclə nəyə nail olmaq mümkündür - o baradə dərs keçdi.
 
İlqar Atabəyli
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR