Ermənistan qarışdı - Nümayişçilər mərkəzi küçələri bağladılar
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan aksiya iştirakçıları Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar.
Sfera.az "Ria-Novosti”-yə istinadən xəbər verir ki,, polis əməkdaşları etirazçılardan ərazini boşaltmağı tələb etsələr də aktiv hərəkətlərə keçməyiblər.
Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.
Ötən şənbə Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan Serj Sarkisyanın Ermənistanın baş naziri postuna rəsmi namizədliyinin irəli sürüldüyünü jurnalistlərə bildirmişdi.
Baş nazir seçimi sabah,aprelin 17-nə təyin edilib.
İlqar





