Logo

Türkiyənin hakim partiyası Azərbaycandakı prezident seçkiləri haqda: "Ölkə daha da güclənəcək"

Türkiyənin hakim partiyası Azərbaycandakı prezident seçkiləri haqda: "Ölkə daha da güclənəcək"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda prezident seçkiləri şəffaf və demokratik mühitdə keçəcək və ölkə seçkilərdən sonra daha da güclənəcək.

Sfera.az bildirir ki, bunu Trend-ə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin xarici əlaqələr üzrə müavini Mehdi Eker deyib.

M.Eker prezident seçkilərinin uğurlu keçəcəyindən və Azərbaycan xalqına böyük xeyir verəcəyindən əmin olduğunu bildirib.

AKP rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi və siyasi inkişafında rolu nəzərə alınsa, məhz o, seçkilərdə favorit hesab olunur:

"Azərbaycanın dövlət başçısı ədalətli olaraq hər dəfə vurğulayır ki, ölkənin müstəqilliyi iqtisadiyyatın artımından asılıdır. Hamıya məlumdur ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı üçün, o cümlədən regionların sürətli inkişafı üçün çoxlu iş görür, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün böyük səy göstərir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR