Logo

AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başladı

AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Şurası Parlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak "Twitter”də yazıb. Səfər zamanı onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər.

33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR