Logo

Rus hərbi polisi İrəvan küçələrini patrul edir - Ermənistan işğal olundu?

Rus hərbi polisi İrəvan küçələrini patrul edir - Ermənistan işğal olundu?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya Ermənistanı faktiki olaraq yenidən işğal edib.

Sfera.azxəbər verir ki, bu haqda erməni mətbuatı yazır. Gümrü şəhərinin küçələrini artıq Rusiya hərbi polisi qoruyur.

Bu hərbçiləri İrəvan küçələrində də görüblər. Jurnalistlərdən onların fotoşəkillərini çəkənlər olub. Əhali isə təəccüb və heyrət içindədir.

Gümrü şəhəri paytaxtdan 120 kilometr aralıdadır.

Burada Rusiya hərbi dvizionu yerləşir. Oradakı hərbi qulluqçuların sayı 5 minə yaxındır.

Ermənilər bu hərbi bazanın çoxdan cinayət yuvasına döndüyünü deyir. Elə 2015-ci ildəki faciəni yada salmaq yetər.
Valeriy Permyakov adlı əsgər Avetisyan ailəsini məhv etdi. Hətta onların 2 yaş və 6 aylıq körpə uşaqlarına da yazığı gəlmədi.

Həmin vaxt bazadakı nizam-intizamı bərpa etmək üçün əlavə qüvvələr - yəni, hərbi polis gətirilmədi. Bəs görən indi nə dəyişdi ki, hərbi polis Gümrü küçələrinə dolub?

Düzdür, bu bazaya aid 1996-cı ildə imzalanmış Rusiya-Ermənistan müqaviləsinə əsasən hərbi kontingent artırıla bilər. Ancaq müəyyən sənədlər imzalanandan sonra.

Erməni mətbuatı isə yazır ki, heç bir müqavilə olmayıb və ağzına kimi silahlanmış rus hərbi polisinin Ermənistan şəhərlərinin küçələrində patrula çıxmasına səbəb yoxdur.

Əksəriyyət düşünür ki, Rusiya Cənubi Qafqazda öz mövqeyini möhkəmlədir. Yəni burada baş verəcək, Rusiyaya qarşı yönəlik poseslərin qarşısını indidən almağa çalışır.

Qərblə soyuq müharibə fonunda Rusiya bu regionda rəngli inqilablardan ehtiyyatlanır.

Bu mənada Ermənistan poliqon kimi seçilib. Serj Sarkisyanın uzunmüddətli hakimiyyətindən əhali narazıdır. Ölkə qanununu dəyişib parlament respublikası olmaq qərarı da ancaq hakimiyyəti uzatmaq üçündür. Onun baş nazir olacağına şübhə yoxdur. Ermənilər narazı olsa da Sarkisyandan Moskva çox razıdır.  Vassal dövlət başçısı ağasının bütün tələb və istəklərini yerinə yetirir.

Əgər seçkidən narazılıq olsa aydındır ki, rus hərbi polisi erməni əhalisinə divan tutacaq.

Hüquq müdafiəçisi Artur Sakunç bu mövzu ilə bağlı yazır:

"Bu hərbiçilər burada nəyə lazımdır? Rusiyanın necə hərəkət etdiyini Suriyanın timsalında gördük. Görəsən Cənubi Qafqazı hansı tələtümlər gözləyir?”
 
İlqar Atabəyli
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR