Logo

“Evdə yetişmiş” terrorçular cihada hazırlaşır - Avropa qorxu altında

“Evdə yetişmiş” terrorçular cihada hazırlaşır - Avropa qorxu altında
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İslam Xilafətinin Suriyada və İraqda faktiki məğlubiyyətindən sonra cihad ideyası öz populyarlığını itirib. Yaxın Şərqə axışan müstəhidlərin sayında kəskin azalma var. Lakin Avropa müsəlmanları arasında cihad ideyası hələ də aktualdır. İndi sadəcə müharibənin qaydaları dəyişib.

Sfera.az Avropada gözlənilən yeni terror təhlükəsinin detallaırnı açır:

Çoxsaylı şəbəkələr

İŞİD-ə qarşı Suriya və İraqda antiteror əməliyatlarının başlanmasına cavab olaraq Qərbi Avropada radikalların silsilə terror aktları törətməsindən bir il ötür. Lakin təhlükə sovuşmayıb.

Fransız kəşfiyyatının keçmiş əməkdaşı Klod Monike qəzetlərə müsahibəsində deyib ki, İŞİD-in tam məğlubiyyətindən danışmaq üçün hələ tezdir:

"Düzdür, Xilafət böyük ərazilər itirib, ancaq liderlərinin hamısı demək olar ki, sağdır. Önümüzdəki illərdə "Xəlifəliyi" canlandırmağa çalışacaqlar.”

Hazırda dövlət kimi çox zəifləsələr də dünyada çoxsaylı şəbəkələri var.

Bu şəbəkənin əhəmiyyətli bir hissəsi Avropadadır. Son dövrlərin məlumatlarına görə, yeraltı terrorist hücrələrində 30 minə qədər insan var.

Xüsusi xidmət orqanları bu il Almaniya, Britaniya və Fransada terror aktlarının törədilə biləcəyi ehtimalının yüksək olduğunu deyirlər.

Gənc müsəlmanlar

Suriyada və İraqda vuruşmuş avropalı mücahidlərin təcrübəsi çoxdur. Partlayıcılarla əla davranırlar, hətta dronlardan istifadə edə bilirlər.

Lakin onların çox hərbi əməliyyatlar zamanı ölüb. Geri qayıdanlar azdır və onların hər biri haqda polisdə məlumat var.Sağ qalanlar ya həbsxanalardadır, yaxud da Əfqanıstdanda döyüşməyə gediblər.

Əsas təhlükə belə desək "evdə yetişmiş” terrorçulardandır.

Gəlin baxaq - 2015-ci ildə Fransada Sen-Denidə, 2016-cı ildə isə Brüsseldə baş vermiş terror aktları Suriyada təlim görmüş terrorçular tərəfindən törədilib.

Qalanları - Nissa şəhərində buldozerli terror, Barselonada furqon avtomobil, London, Kopenhagen terror aktlarını "evdə yetişmiş” terorçular törədib.

Kimdir bu yeni nəsil radikallar? Avropada miqrant ailəsində doğulan, Şərqi heç vaxt görməyən gənc müsəlmanlar. Çoxu kasıblıq içində böyüyür və müharibə gedən ölkələrdəki din qardaşlarına rəğbətlə yanaşırlar.

Bu gənclər məscidlərdə yoldan çıxarılmır. İŞİD onlarla internet-forumlarda tanış olur və beləliklə "beyin yuma” əməliyyatı başlayır.

Bu gənclər terror törətmək üçün partlayıcıdan yaxud silahdan istifadə etmir.

Əl altında olan  texnika ilə terror törədir. Ən qorxulusu da budur.

Son bir il ərzində Avropada 16 terror hadisəsinin qarşısı alınıb.

İlqar Atabəyli

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR