Logo

Ermənilər Sərkisyanın acgözlüyündən dəhşətə gəlir: “1930 dollar heç onun geydiyi ayaqqabının pulu etmir”

Ermənilər Sərkisyanın acgözlüyündən dəhşətə gəlir: “1930 dollar heç onun geydiyi ayaqqabının pulu etmir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident postunu təhvil verməyə hazırlaşan Sej Sərkisyan hökumət üzvləri ilə sağollaşıb.

Sfera.azxəbər verir ki, dövlət başçısına yaltaqlanmaqda yarışa çıxan hökumət üzvləri bilir ki, bu "vidalaşma” formal xarakter daşıyır. Sərkisyan hakimiyyət rıçaqlarını heç kimə vermək fikrində deyil və baş nazir postunda yenidən ölkənin başında olacaq.

Ancaq prezidentlik postunu tərk etməsi ilə bağlı hökumət ona tez-bazar pensiya müəyyən edib - hazırkı məvacibinin 70% nisbətində. Bu 924 dram ( təxminən 1930) dollar) edir.

Üstəlik ona 3 futbol stadionu boyda nəhəng həyətyanı sahasi olan ev bağışlanıb.

Bu xəbər erməni cəmiyyətində təəccüb və nifrətlə qarşılanıb. Heç kimə sirr deyil ki, sabiq prezident Köçəryan və hazırkı prezident Sərkisyan dünyada ən varlı ermənidirlər.

Bu ikilik illərlə ölkəni çapıb-talayıblar. Ermənistan jurnalistləri yazır ki, Sərkisyanın qardaşı ölkədəki bütün sahibkarlardan haqq yığır. Onun ləqəbi "Saşik 50%”dir. Yəni bütün biznesmenlərin qazancının tam yarışı Sərkisyanların hesabına yığılır. Cinayətkar klanın hesabında milyard avroluq vəsaitlər var.

"ArmenianReport”un jurnalisti Xaçatur. İ.  Yazır ki, belə olan halda prezident heç olmasa bu təqaüddən və evdən imtina etməli idi:

"1930 dollar heç onun geydiyi ayaqqabının pulu etmir. Adam nə qədər acgöz olmalıdır ki, bank hesabında milyardları, xaricdə gecə klubları, villaları ola-ola yenə gözü doymasın”.

İlqar Atabəyli
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR