"Vidadi İsgəndərli heç zaman Xalq Hərəkatı iştirakçısı olmayıb" - Çingiz Qənizadə
Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə Avropada mühacir həyatı yaşayan keçmiş məhbus Vidadi İsgəndərlinin onun haqqında söylədiyi fikirlərə cavab verib.
Çingiz Qənizadə Sfera.az-a açıqlamasında bildirib ki, Vidadi İsgəndərli tamamilə yalan danışır:
"Vidadi İsgəndərli yaydığı videosunda iddia edir ki, guya silah dirəyib və sairə. Bütün bunlar cəfəngiyyatdır. Əvvəla, həmin dövrdə müstəntiqlərə silah verilmirdi. Digər tərəfdən isə mən heç zaman Vidadi İsgəndərli ilə ünsiyyətdə olmamışam".
Çingiz Qənizadə yaxın günlərdə Vidadi İsgəndəliyə geniş cavab verəcəyini söyləyib:
"Vidadi İsgəndərlinin mənim haqqımda səsləndirdiyi cəfəng iddialardan yeni xəbər tutmuşam. Yaxın günlərdə ona ətraflı cavab verəcəm".
Deputat əlavə edib ki, Vidadi İsgəndərli heç zaman Azərbaycan Xalq Hərəkatı iştirakçısı olmayıb.
Orxan Bəşirov






