Logo

“Sizi onlar yaradıb, elə onlar da öldürəcək” - Azərbaycana qarşı təhqirlər yağdıran qüvvələrə CAVAB

“Sizi onlar yaradıb, elə onlar da öldürəcək” - Azərbaycana qarşı təhqirlər yağdıran qüvvələrə CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycana qarşı çirkin mövqe sərgiləyən bu cür mühacirlər qrant pulları yumaq üçün hökumətimiz, dövlətçiliyimiz əleyhinə qarayaxma ilə məşğuldurlar. Mühacirləri bir neçə qrupa ayırmaq olar: 1. Sovet dövründə köç edən şəxslər və onların övladları; 2. Müəyyən səbəblərdən burada yaşamaq istəməyənlər; 3. Bizneslə məşğul olmaq istəyənlər. Bu şəxslərlə bir araya gəlmək mümkündür”.

Bu sözləri bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi" mövzusunda keçirilən dəyirmi masada "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Y.Oğuz xarici qüvvələrin əlində cəmləşən digər qisim mühacirlərin isə ölkəmiz, dövlətçiliyimiz üçün təhlükə olduğunu vurğulayıb:

"Lakin müxtəlif şəxslər tərəfindən ələ alınan digər qisim var ki, onlarla mübarizə aparmaq mümkün deyil. Onlar qərb üçün maşa rolunu oynayır. Onları yaradan qərbdə isə belə bir fikir var: "Səni mən yaratmışam, mən də öldürəcəyəm". Sizi onlar yaradıb, elə onlar da öldürəcək”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR