Logo

Xalq şairi söyüş söyən müxalifətçiləri "zir-zibil" adlandırdı

Xalq şairi söyüş söyən müxalifətçiləri "zir-zibil" adlandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca xarici ölkələrdə Azərbaycan əleyhinə sosial şəbəkə üzərindən təhqir və söyüş kampaniyası aparan şəxslərə sərt cavab verib.

Fikrət Qoca Sfera.az-a bildirib ki, həmin adamlar öz çirkablarının içərisində bataraq, boğulacaqlar:

"Bəzən fikirlər səslənir ki, bu adamların tərbiyəsizliklərindən xilas olmaq üçün sosial şəbəkələr bağlanılsın və sairə. Bu düzgün addım olmazdı. Azərbaycan çox doğru edib, sosial şəbəkələri məhdudlaşdırmır. Belə olan halda xalqımız həmin tərbiyəsiz adamların onların iç üzlərinə bələd olur. Atalarımızın gözəl misal varı: axar su özü ilə zir-zibil gətirir. İndi bu adamların da sosial şəbəkələr vasitəsilə bütün natəmizlikləri ortaya çıxır, xalq onların hansı əxlaqa və tərbiyəyə malik olduğunu görür".

Xalq şairi qeyd edib ki, xaricdən Azərbaycanı təhqir edən şəxslər həmin ölkələrdə gizlənərək, dilənçiliklə məşğul olur:

"Bu adamlar qaçıb xarici ölkələrdə gizlənib, Azərbaycandakı insanları təhqir etməklə gözləyir ki, onlara nə qədər verəcəklər. Çünki onlar həmin ölkələrdə qab yuyurlar, dilənçilik edirlər. Dil insanın "daxili açarı" hesab olunur. Bu adamlar da danışdıqca öz mənəviyyatlarını, daxili keyfiyyətlərini, tərbiyyələrini ortaya qoyurlar. Onlar qaçaqdırlar, Azərbaycanda tənqid etdikləri adamlarla bərabər səviyyəyə çata bilmirlər. Ona görə də söyüşlərlə, təhqirlərlə mübarizəni seçiblər. Bütün bunlara görə hesab edirəm ki, sosial şəbəkələri məhdudlaşdırmaq doğru deyil. Əlsində, suyun qabağını kəsəndə ora zir-zibil yığılır. Sonra həmin suyun qabağını açanda onların həcmi daha böyük olur".

Orxan Bəşirov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR