Logo

Moskva İrəvanın ümidinə qalıb, Qazaxıstan və Belorusiya “düşmənlərlə” anlaşır

Moskva İrəvanın ümidinə qalıb, Qazaxıstan və Belorusiya “düşmənlərlə” anlaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya beynəlxalq aləmdə təklənir. Qəribəsi budur ki, Qərbin bu ölkəyə qarşı de-marşına Avrasiya İttifaqı və KTMT-dən olan heç bir müttəfiqi münasibət bildirməyib.

Sfera.az bildirir ki, əksinə, onların bəziləri Rusiyanın "düşmənləri” ilə əlaqələri genişləndirir.

Məsələn, Qazaxıstan prezidenti yanvar ayında Vaşinqtona səfər etdi. Nursultan Nazarbayev Qazaxıstana çoxmilyardlıq ABŞ investisiyasının cəlb olunmasına nail oldu. Çıxışında ABŞ vətəndaşları üçün vizanı ləğv edəcəyini, əlaqələrin strateji səviyyəyə qalxacağını söyləyərək Moskvanın qanını qaraltdı.

Belorusiya ilə də münasibətlər birmənalı deyil. Bir müddət öncə bu respulikada lanqust və digər ekzotik dəniz məhsullarının peyda olması Moskvanı şübhəyə saldı. Əvvəllər beloruslar bu məhsulları görməmişdilər. Bundan sonra iki qardaş ölkə arasında "süd müharibəsi” başladı. Qalır Ermənistan...

Bu ölkə Rusiyanın Qafqazda əsas forpostudur. Ermənistanın itirilməsi, Moskvanın Qafqazdan çəkilməsi deməkdir. Rusiya rəsmi İrəvana da elə çox güvənmir. Son bir ay ərzində Rusiya Dumasının iki parlament qrupu Ermənistanı ziyarət edib, Konstantin Kosaçev və Konstantin Zatulinin başçılığı altında.

Dostluq və qardaşlıqdan söhbət açan rus parlamentarilər eyham vurublar ki, Qərbə qarşı cəbhədə Ermənistan onların yanında olmalıdır.

Bu Rusiya üçün vacibdir. Moskvanın rəsmi Bakını öz tərəfinə çəkməsi alınmır. Əvvala Azərbaycanın regionda Türkiyə kimi müttəfiqi var, iqtisadi potensialına görə Rusiyadan heç də geri qalmayan qardaş ölkə.

Azərbaycan Avrasiya İttifaqı və KTMT kimi təşkilatlara da üzv olmaqdan imtina etdi. Zatulin İrəvanda ermənilərə müjdə verdi ki, Rusiya Azərbaycana silah satışını azaldır. Əslində isə Azərbaycanın Rusiyaya alternativi var.

Rusiya Ermənistana "İskəndər” raketləri verəndəndən sonra Azərbaycan Belorusiyadan "Polonez” sistemi almağı düşünür. Faktiki "İskəndər”lə eyni sistemdir.

Türkiyə və İsrail də Bakıya əla raket sistemləri təklif edir. Onların bir çoxu aprel müharibəsində sınaqdan çıxıb. Odur ki, Moskvanın Bakıya təsir imkanları məhduddur. Bunu Ermənistan haqda demək olmaz.

Sfera.az-ın Analitika Şöbəsi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR