Logo

"Söyüş “bumeranq effekti”nə malikdir" - Rafael Cəbrayılov

"Söyüş “bumeranq effekti”nə malikdir" - Rafael Cəbrayılov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Avropada yaşayan bir sıra "müxalif” şəxslər qərbin əlində oyuncağa çevrilərək Azərbaycana qarşı qara kampaniya aparır, nalayiq söyüşlər yağdırırlar.

Azərbaycan hüquqi müstəvidə Fransa və Hollandiya hökumətindən həmin şəxslərin ekstradisiyasını, yaxud da onların cəzalandırılmasını tələb edə bilərmi?

Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu "komitəsinin üzvi Rafael Cəbrayılov Sfera.az-a açıqlamasında bu haqda danışıb:

"Konkret ad çəkmədən onu deyə bilərəm ki, söyüş insan mənəviyyatı ilə bağlı amoral problemdir. Hər hansı tərbiyəli, əxlaqlı insan söyüş söyməz. Şəxs bilir ki,  söyüş "bumeranq effekti”nə malikdir. Yəni, söyüş mütləq şəkildə həmin insanın özünə qayıdacaqdır. Lakin təəssüflər olsun ki, bu gün biz ali təhsilli, tanınmış ziyalı şəxslərin də bəzən söyüş söydüyünü görürük. Siyasətdə də söyüş söymək yolverilməzdir. Siyasi mübarizə söyüşlə aparılmır. Söyüş şərəf və ləyaqəti alçaltdığına görə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Xüsusən də, kütləvi çıxışlar, kütləvi dərc edilən əsərlərdə, KİV-də, virtual məkanda şərəf və ləyaqətin alçaldılması cinayət məsuliyyətinə səbəb olur. Ölkə prezidentinin şərəf və ləyaqəti də Cinayət Məcəlləsinin xüsusi maddəsi ilə qorunur. Avropadan Azərbaycanı söyən şəxslər heç zaman aktiv siyasətlə məşğul olmayıb, hər hansı siyasi partiya yaratmaq arzusunda da olmayıblar. Sadəcə olaraq seçkiqabağı həssas dövrdə qərbin maraqlarına işləyərək nalayiq söyüşlərlə söyürlər. Onlar qərbin Azərbaycana düşmən olan qüvvələrinin diktəsi ilə ölkəmizin ünvanına söyüşlər yağdırırlar. Bu həmin qüvvələrdir ki, son dövrdə onların təsiri altında Avropanın müxtəlif təşkilatları Azərbaycan əleyhinə qeyri-obyektiv, əsassız və absurd qərarlar qəbul ediblər”.

R.Cəbrayılov bu gün qərbin əlində oyuncağa çevrilən şəxslərin seçki sonrası lazımsız əşyaya çevriləcəyini bildirib:

"Seçkilər bitdikdən sonra nə olacaq? Üzümü həmin insanlara tutub deyirəm ki, siz qərbin əlində gərəksiz vasitəyə çevriləcəksiniz. İndi "dəbdə”siniz”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR