Ermənistandan qonaq gələnləri Qarabağda çırpırlar
Ermənistandan qondarma Dağlıq Qarabağ Respublikasına gələnlərə qarşı münasibət yaxşı deyil.
Sfera.azxəbər verir ki, "Epress” qəzetində Asya Xaçatryan adlı qızın başına gələnlərdən yazılıb.
Qəzet yazır ki, Asya 2018-ci ilin əvvəlindən Stepanakertə (Xankəndi) gəlib və burada işləməyə başlayıb.
Bu yaxınlarda axşam şəhərdə gəzərkən yerli polislər onu və rəfiqəsini bölməyə apararaq bir neçə saat saxlayıblar. Orada qızlar təhqir olunub, üstəlik fiziki zorakılıqla üzləşiblər.
Asyaya deyiblər ki, Qarabağda qadın küçədə siqaret çəkə bilməz, saçının rəngini də göy etmək olmaz. Get bunları Ermənistanda elə.
Məsələ şişdikdən sonra saxta respublikanın ombudsmanı Ruben Melikyan qıza deyib ki, polislərlə söhbət edəcək,başa salacaq ki, Ermənistandan olan qonaqlarla belə davranmaq olmaz. Ancaq bu məsələ mətbuata sızmasın.
Lakin Asya İrəvana qayıdıb və prokororluğa şikayət edib.
İlqar






