Bayram günlərində sürüşmə ərazilərində nələr baş verib?
Bu ilin yanvar ayından etibarən Bayıl yamacında sürüşmə prosesinin dinamikasında aktivliyin artması müşahidə edilib.
Ötən aydan etibarən isə Bayıl yamacı ilə yanaşı bir sıra ərazilərdə də sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib.
Bəs hazırda ərazidə vəziyyət necədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Sfera.az-a açıqlamasında bu haqda danışıb:
"Teleqüllə adlandırdığımız ərazidə elə bir aktivlik müşhidə edilməyib. Quraşdırılan mayaklar üzərində də müşahidələr aparılır. Ərazi daima nəzarət altında saxlanılır”.
Bayıl yamacından fərqli olaraq sürüşməyə meyilli olan digər ərazilərdə bu prosesdə aktivlik müşahidə edilib:
"Abşeron rayonunun Nübar qəsəbəsində "Atyalı” adlanan ərazidə, Masazırda Zəli gölü adlanan ərazidə sürüşmə prosesində aktivlik müşahidə edilib. Prosesin dinamikasında olan aktivlik torpaq qatında olan çatların böyüəsi və artmasında da özünü biruzə verib. Zığ qəsəbəsidə də lokal sahələrdə aktivlik müşahidə edilib”.
Nigar Məhərrəm
Sfera.az






