Ohanyan: “Hər il jurnalistlərin yolunda əmələ gələn maneələr artır”
Kateqoriya məlum deyil
"Qraparaq” qəzetinin baş redaktoru Armine Oqanyan hakimiyyəti sərt tənqid edərək deyib ki, Ermənistanda profesional jurnalistika ilə məşğul olmaq ili-ildən çətinləşir.
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, baş redaktor bunu Ermənistanda hökumət iclaslarının bundan sonra qapalı keçirilməsi haqda qərarın verilməsini şərh edərkən deyib:
"Hər il jurnalistlərin yolunda əmələ gələn maneələr artır.
Yeni qanun o deməkdir ki, mətbuat hökumətə nəzarət edə bilməsin, öz istədiklərini etsinlər.Əvvəl belə bir qanun etiraz doğurardı. İndi isə yox.”Oqanyan bildirib ki, nə müxalifətdən, nə də jurnalistikadan etiraz edən yoxdu:
"Söz azadlığının boğulmasına qarşı mübarizə aparmaq istəyənlər qalmayıb.”





