Deputatdan Azərbaycana qarşı kampaniya aparanlara SƏRT REAKSİYA
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov xaricdə yaşayaraq Azərbaycan əleyhinə və dövlətçiliyimizə qarşı çıxışlar edən şəxslərlə bağlı mətbuata və ictimaiyyət nümayəndələrinə çağırış edib.
Rasim Musabəyov Sfera.az-a açıqlamasında Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli və digər şəxslərin əhəmiyyətsiz adamlar olduğunu söyləyib.
Deputat bildirib ki, sözügedən şəxslər gündəmdə qalmaq üçün istənilən yollara əl atmağa hazırdır:
"Mən xaricdə Azərbaycan əleyhinə böhtan və qarayaxma kampaniyası aparan bu cür adamlara əhəmiyyət vermirəm. Onların heç bir çıxışını da izləmirəm. Mən onları nə oxumuram, nə izləmirəm. Heç kəsə də onlara əhəmiyyət verilməsini məsləhət görmürəm. Nə deyirlərsə, desinlər, qələt edirlər!”.
Orxan Bəşirov






