Logo

Ermənistan dünyanın ən bədbəxt ölkəsidir - REYTİNQ

Ermənistan dünyanın ən bədbəxt ölkəsidir - REYTİNQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan dünyanın ən xoşbəxt ölkələrinin reytinqində 129-cu sırada qərarlaşıb.

Sfera.az xəbər verir ki, 2017-ci illə müqayisədə Ermənistan bu reytinqdə 8 pillə geriləyib.

Siyahı BMT-nin beynəlxalq araşdırma qrupu tərəfindən hazırlanmış "Xoşbəxtlik haqqında ümumdünya hesabatı - 2018" adlı xalqların rifahı haqqında illik sənəddə yer alıb.

Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.

Qonşu Gürcüstan reytinqdə 1 pillə yüksələrək 128-ci yeri tutur. Azərbaycan 87-ci, İran - 106, Türkiyə - 74, Rusiya isə 59-cu sıradadır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR