Bu gündən etibarən seçki təşviqatı ilə əlaqədar olaraq ödənişsiz yayım başlayır - YENİLƏNİB
Daha sonra Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov çıxış edərək monitorinqi təşkil edilən KİV-lər haqda məlumat veriblər. Bildirilib ki, dövlət tabeli KİV-lərin bu prosesdə iştirakı mümkünsüzdür.
Qeyd olunub ki, xarici dövlətlərin vətəndaşları, 18 yaşı tamam olmamış şəxslər, bələdiyyə qurumları, dini birliklər, hərbi qulluqçular bu prosesdə iştirak edə bilməz.
***
12:38
"Azərbaycan Respublikası Prezidentinin seçkilərində KİV-in rol və vəzifələri"nə həsr edilmiş konfrans işinə başlayıb.
"Çalışacağıq ki, öncə radioda, daha sonra isə televiziyada seçki təşviqatı ilə əlaqədar olaraq ödənişsiz yayımı reallaşdıraq. Radioda bu yayımın təxminən 19:00-da, televiziyada isə 22:00 radələrində reallaşması nəzərdə tutulub".
M.Pənahov bildirib ki, 5 min 600 seçki məntəqəsi, 5 milyon 300 isə seçici var:
"Seçkilərin keçirilməsi ilə əlaqədar olaraq ATƏT-in 380 müşahidəçisi də Azərbaycana gələcək. Artıq 1000 məntəqədə veb kamera quraşdırılıb".
Nigar Məhərrəmova
Sfera.az






