"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının əsas səbəbi..." - Artur Rasi-zadə
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Artur Rasi-zadə bu gün Milli Məclisdə 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini təqdim edərkən deyib.
Baş nazir bildirib ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır:
"Münaqişənin sülh yolu istiqamətində həlli ilə yanaşı, hərbi variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır. Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Müdafiə Sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisəslərində 1200-dən çox məhsul istehsal olunur. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar xarici ölkələrə də ixrac olunur”.
Orxan Bəşirov






