Logo

Rusiya Ermənistanı küncə sıxıb - ABŞ-a düşmən ölkə kimi yanaşın!

Rusiya Ermənistanı küncə sıxıb - ABŞ-a düşmən ölkə kimi yanaşın!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən Ermənistan parlamentində rusiyalı və erməniistanlı deputatlar qapalı müzakirələr keçiriblər.

Sfera.az xəbər verir ki, bu barədə "Jamanak” qəzeti yazıb.

Müzakirələr Rusiya-Ermənistan münasibətlərindən, Avrasiya İttifaqından ümumi məsələlər haqda söhbətlərlə başlayıb və tədricən başqa məcraya yönəlib.

Qəzet yazır ki, rus nümayəndə heyəti son zamanlar onlara qarşı olan təzyiqlərdən və sanksiyalardan söhbət açaraq işarə ediblər ki, Ermənistan vahid cəbhədə Rusiyanin yanında olmalıdır.

Məntiq belədir ki, Ermənistan Rusiya ilə müttəfiqdir, ABŞ isə Rusiyanın düşmənidir. Demək Ermənistan da ABŞ-a düşmən ölkə kimi yanaşmalıdır.

"Jamanak”ın müxbiri qeyd edib ki, erməni deputatlardan bəziləri rusları dəstəkləyib, razı omayanlar isə susaraq çoxəsrlik "dostluq” münasibətlərinə kölgə salmaq istəməyiblər.

Şəxsi söhbətlərdə erməni deputatlar şikayətləniblər ki, müttəfiqlik prinsipinə əsaslanmalı olunsa, onda gərək Rusiya Azərbaycanı özünə düşmən saya. Bunun əvəzinə Rusiya Azərbaycanı strateji tərəfdaş sayır və silahla təhciz edir.

İlqar
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR