Logo

Bayram yarmarkalarında QİYMƏTLƏR - Bazarlığı buradan etməyə dəyərmi?

Bayram yarmarkalarında QİYMƏTLƏR - Bazarlığı buradan etməyə dəyərmi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq bayram yarmarkası başlayıb. Qiymətləri öyrənmək üçün yarmarkalardan birinə baş çəkdik. Belə ki, metronun Nizami Stansiyasının qarşısındakı yarmarkada qiymətlərlə tanış olduq.

Sfera.az bildirir ki, bayramqabağı olduğu üçün qiymətlərdə az da olsa, artım müşahidə olunur:

Portağal - 1.80 manat

Alma - 1.50 manat

Mandalin - 2.50 manat

Ananas - 6 manat

Kivi - 2.50 manat

Pomidor - 5 manat

Xiyar -  4 manat

Badımcan - 2 manat

Səməni - 1 manat

Armud 3.50 – 4 manat

Şabalıd – 10 manat

Püstə - 22 manat

İydə - 5 manat

İnnab - 6 manat

Təmizlənmiş badam – 22 manat

Qoz ləpəsi – 16 manat

Fındıq ləpəsi – 15 manat

Kişmiş – 8 manat

Yarmarkalarda gündəlik yer pulu 4 manatdır. Lakin yarmarka qiymətləri ilə "8-ci kilometr” bazarındakı qiymətlər arasında elə də böyük fərq nəzərə çarpmır. Meyvə-tərəvəzlərin qiyməti "Vasmoy” bazarındakı qiymətlərlə eynilik təşkil edir. Yalnız ləbləbilərin qiymətində, xüsusən də qoz-fındıq ləpəsinin qiymətində fərq hiss olunur. Belə ki, "Vasmoy”da 18-23 manata olan qoz-fındıq ləpəsinin qiyməti burada 15-16 manat civarındadır.

Nigar Məhərrəm

Sfera.az

Bayram yarmarkalarında QİYMƏTLƏR - Bazarlığı buradan etməyə dəyərmi?
Bayram yarmarkalarında QİYMƏTLƏR - Bazarlığı buradan etməyə dəyərmi?

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR